Beynəlxalq Qüds Günü yürüşü hər il olduğu kimi bu gün - aprelin 5-də mübarək Ramazan ayının sonuncu cümə günü ilə eyni vaxtda ölkənin hər yerində başlayıb.
İran xalqı sionist rejimin cinayətlərinə qarşı qəzəb və ikrahlarını bir daha yumruqlarını düyünləməklə ifadə etdilər.
“Qüds Günü, Əl-Əqsa Tufanından Əl-Əhrar Tufanına qədər” builki yürüşün şüarıdır. Məzlum Fələstin xalqı aylardır qəsbkar sionist rejimin raket atəşi və qəddar hücumları altında olduğundan, bu il İran xalqı fərqli Qüds Günü qeyd etmək üçün elan olunmuş saatlardan əvvəl meydan və küçələrə çıxıb.
Sizin rəyiniz